Azərbaycanda DƏHŞƏT: 17 yaşlı oğlanla 12 yaşlı qız canına qəsd etdi
    • 1-05-2023, 12:09
    • 228

Azərbaycanda DƏHŞƏT: 17 yaşlı oğlanla 12 yaşlı qız canına qəsd etdi

Bu gecə Bakıda dəhşətli intihar hadisəsi baş verib.

News24.az-a əldə etdiyi məlumata görə, hadisə paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisində baş verib. Mikrorayonun 1260 saylı məhəlləsində yerləşən çoxmərtəbəli binada yaşayan 12 yaşlı Sürəyya Əliyeva gecə saat 22 radələrində özünü 10-cu mərtəbədən atıb. O, hadisə yerində dünyasını dəyişib.

Gecə saat 22 radələrində Daşkəsən rayonunda da dəhşətli intihar hadisəsi olub. Rayonun Astaf kəndi ərazisində 2006-cı il təvəllüdlü Turxan Orucov özünü tüfənglə güllələyib. O, aldığı ağır xəsarətlərdən yerindəcə vəfat edib.

17 yaşlı Turxanın hansı səbəbdən intihar etməsi məlum deyil. Hər iki hadisə ilə əlaqədar araşdırmalara başlanılıb.

Taleh BAĞIROV