Bakıda dəhşətli hadisə - 30 yaşlı qadın özünü binadan atdı
    • 22-11-2022, 14:59
    • 315

Bakıda dəhşətli hadisə - 30 yaşlı qadın özünü binadan atdı

Bu gün gecə saat 01 radələrində Bakıda dəhşətli intihar hadisəsi baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsi Məhsəti Gəncəvi küçəsində qeydə alınıb.

Həmin küçədəki 22 saylı binada yaşayan 30 yaşlı Gülər Mənsimova özünü pəncərədən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

İntihar edən 30 yaşlı Gülərin Sabirabad rayon sakini olduğu bildirilib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.