Bakıda dəhşət: 25 yaşlı oğlanla 26 yaşlı qız canına qəsd etdi
    • 10-02-2023, 13:53
    • 333

Bakıda dəhşət: 25 yaşlı oğlanla 26 yaşlı qız canına qəsd etdi

Bakıda intihar hadisəsi olub.

News24.az  xəbər verir ki, Tərtər rayon sakini, 1997-ci il təvəllüdlü Süleymanlı Fəridə Zaur qızı  Suraxanı rayonu Qaraçuxur qəsəbəsi 4048-ci məhəllədə yerləşən doqquzmərtəbəli binadan özünü atıb.

Hadisə dünən saat 18 radıələrində baş verib. Binanın damından yerə çırpılan qız hadisə yerində ölüb.

Oxşar hadisə Mehdiabad qəsəbəsində də baş verib. Dünən saat 20 radələrində 1998-ci il təvəllüdlü Hüseynli Anar Hafiz oğlu Gənclər şəhərciyində yerləşən mənzildə özünü asaraq həyatına son qoyub.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

Taleh BAĞIROV