Bakı-Qazax yolunda qəza olub, ölən var
    • 2-05-2023, 01:17
    • 282

Bakı-Qazax yolunda qəza olub, ölən var

Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

News24.az-ın məlunatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan yük maşını ilə "VAZ 2106" markalı minik avtomobili toqquşub.

Qəza zamanı minik maşının sürücüsü xəstəxanaya aparılarkən ölüb.

Faktla bağlı araşdırma aparılır.