Şəmkirdə qəza olub, ölən var - FOTO
    • 7-11-2022, 20:42
    • 342

Şəmkirdə qəza olub, ölən var - FOTO

Şəmkirdə baş verən yol qəzasının təfərrüatları məlum olub.

Hərəkətdə olan “Ford” markalı yük maşını yolun kənarında dayana "VAZ" markalı minik maşınını vurub. Bu zaman “VAZ”ın qarşısında dayan minik maşınının sürücüsü - Gəncə şəhər sakini, 55 yaşlı Telman Kərimov Sultan oğlu avtomobilin altında qalaraq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

19:15

***

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Ford "markalı yük maşını "VAZ" markalı avtomobillə toqquşub. Qəza zamanı “VAZ” avtomobilinin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır./APA/