Sevgilisi 21 yaşlı qızı küçədə bıçaqladı
    • 27-07-2022, 13:16
    • 514

Sevgilisi 21 yaşlı qızı küçədə bıçaqladı

Balakəndə şəhərin mərkəzində bıçaqlanma olub.

News24.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, 27 yaşlı Elton Layıcov qeyri-rəsmi münasibətdə olduğu qıza küçədə ağır xəsarətlər yetirib.

Belə ki, o, bu gün səhər saatlarında 21 yaşlı sevgilisini aralarındakı mübahisə səbəbindən çoxsaylı bıçaq zərbələri ilə öldürməyə cəhd edib. Gənc qız Təcili Yardımla Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyətinin ağır olduğu bildirilir.

Elton Layıcov polis əməkdaşları tərəfindən tutulub.