-
- 2-05-2023, 13:38
- 348
Vaşinqtonda mühüm görüş: Moskva ABŞ-ın sülh planını pozacaq? – Türk general detalları açdı
Xəbər verdiyimiz kimi, mayın 1-də ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında üçtərəfli görüş baş tutub. Görüş çərçivəsində Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundu keçirilib.
Diplomatik mənbələrə istinadən yayılan məlumata görə, Vaşinqton tərəflərə sülh sazişinin imzalanması üçün “yol xəritəsi”nin hazırlanmasını təklif edib. Blinkenin Əliyev və Paşinyana zəngi, Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ABŞ-ın sülh sazişi təşəbbüsündə önə çıxdığını göstərir.
Görüşlə bağlı ABŞ Dövlət katibi bildirib ki, dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır.
Yaxın vaxtlarda sülh müqaviləsinin imzalanması məsələsi gündəmdədir. Bəs, ABŞ buna nail ola biləcəkmi? Və ən əsas sual: Birləşmiş Ştatların vasitəçiliyi ilə sülh müqaviləsinin imzalanmasına Rusiyanın reaksiya necə olacaq?
Həm Azərbaycan, həm də Ermənistan Qərbin sülh narrativinin Rusiya narrativindən daha uyğun variant olduğuna öz mövqelərini bildiriblər. Rəsmi Moskva dəfələrlə Qərbin Cənubi Qafqazdakı rolunu sərt tənqid edib. Ən son Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində konstruktiv mövqe sərgiləməməkdə ittiham edib: “Bu bəyanatlar onu göstərir ki, Vaşinqton və Parisin əsl istəkləri fürsətçi və siyasiləşmişdir, Rusiyanın mövqelərini sarsıtmağa yönəlib və region xalqlarının taleyi ilə bağlı narahatlıq onların planlarına açıq şəkildə daxil edilməyib”.
Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz News24.az-a açıqlamasında deyib ki, ABŞ-ın vasitəçiliyi ilə sülh müqaviləsinin imzalanması məsələsinin gündəmdə olması Kremli narahat edən əsas məqamlardan biridir:
“ABŞ-ın sülh müqaviləsi ilə bağlı yol xəritəsini təqdim etməsini hazırkı vəziyyətdə müsbət hesab edirəm. Çünki bölgədə sabitliyin təmin olunması üçün tezliklə sülhə nail olmağa böyük ehtiyac var. Amma bunu Rusiyanı bir kənara qoyaraq etmək mümkünsüz görünür. İndiki vəziyyətdə Kremli yox saya bilmərik. Əsas məqamlardan biri də 10 noyabr üçtərəfli anlaşmada əksini tapıb. Müqavilə imzalanan gündən beş il müddətinə Rusiya sülhməramlı kontingenti Qarabağda olmalıdır. Bu məsələni unutmaq olmaz”.
General hesab edir ki, təktərəfli cəhdlər indiki məqamda sıxıntılar yarada bilər.
“Düşünürəm ki, burada həm ABŞ-ın, həm də Rusiyanın rolu olmalıdır. Əgər belə olmasa, bu yol məşəqqətli və tələlərlə dolu bir yol ola bilər. Çox istərdik ki, tez bir zamanda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalansın. Fəqət, bir tərəfdən ABŞ və Avropa İttifaqının, digər tərəfdən Rusiyanın sülhlə bağlı səsləndirdikləri bəyanatlara baxmayaq, Ermənistan prosesi çətinləşdirir. Əslində ən doğrusu, Ermənistanla Azərbaycanın birbaşa öz prinsipləri çərçivəsində nail olduqları sülh anlaşması olmalıdır, nəinki başqalarının “böyük qardaş” dəstəyi ilə edilən... Amma dünya düzəninə uyğun olaraq buna hörmət etmək durumundayıq”.
Türkiyəli ekspert Azərbaycanın sülhə nail olmaq, dialoqu davam etdirmək üçün hər zaman yüksək səylə çalışdığını və buna uyğun siyasət yürütdüyünü söyləyib: “Sülh kimin koordinasiyası ilə reallaşırsa reallaşsın, əsas odur tez bir zamanda müqavilə imzalansın, sərhədlər müəyyənləşdirilsin, Azərbaycanın torpaq bütövlüyünə yönəlik hücumlar bitsin. Ümid edirik ki, tezliklə bölgəyə “3+3” platforması çərçivəsində və digər vəsilələrlə sülh, sabitlik, əmin-amanlıq və iqtisadi inkişaf gələcək”.
Xatırladaq ki, aprelin 30-da ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Entoni Blinken Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini vurğulayıb, bu xüsusda ABŞ-ın dəstəyinin davam edəcəyini bildirib. ABŞ Dövlət katibi sülhün əldə edilməsinin mümkünlüyünə inandığını deyib və Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulmasına toxunub.
Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağın və münasibətlərin normallaşdırılmasının təşəbbüskarı məhz Azərbaycan olub.
Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan sülh gündəliyini dəstəkləyir. Bu xüsusda da Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip Ermənistana təklif edilib.
Qeyd edək ki, ötən həftə “Hraparak” qəzeti sülh müqaviləsinin mümkün qədər tez imzalanması üçün ABŞ-ın Ermənistan rəhbərliyinə təzyiq göstərdiyini yazmışdı.
Nəşrin məlumatına görə, Amerika tərəflərdən mayın sonuna qədər sənədin ilkin variantını təsdiq etmələrini istəyir. Qeyd olunur ki, sənədin layihə variantını bu yaxınlarda ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson İrəvana (sonra isə Bakıya) səfəri zamanı özü ilə gətirib. Sənədin təfərrüatları məlum deyil, lakin bəzi məlumatlara görə, Ermənistanın maraqlarına cavab vermir. “Təkliflər Ermənistan üçün o qədər xoşagəlməzdir ki, hakimiyyət buna razılıq vermir”, - nəşr yazıb.
Turan