Pərviz Ulu Öndərin 100 illiyinə mahnı həsr etdi
    • 2-05-2023, 18:18
    • 460

Pərviz Ulu Öndərin 100 illiyinə mahnı həsr etdi

Müğənni-bəstəkar Pərviz Mahmudov “Sənin əsərin” adlı mahnısını təqdim edib.

News24.az xəbər verir ki, sənətçinin layihəsi bir neçə aydır ki, hazırlanır. Mahnı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunub.

Mahnının sözləri Əməkdar müəllim Mətanət Pirquliyevaya, musiqisi isə ifaçının özünə məxsusdur. 

Pərviz mahnı üçün kamera qarşısına da keçib. Onun klipini Delee Oruclu ərsəyə gətirib. Layihənin rəhbəri Mətanət Pirquliyevadır. 

Ekran işi müğənninin şəxsi yutub kanalına yerləşdirilib.