Damla yeni klipində nağıl qəhrəmanlarını canlandırdı
    • 7-10-2022, 16:35
    • 408

Damla yeni klipində nağıl qəhrəmanlarını canlandırdı

Daima öz mahnı seçimi və ifası ilə dinləyicilərinin rəğbətini qazanan müğənni Damla yeni klipini təqdim edib.

News24.az xəbər verir ki, sənətçi bu dəfə “Mən razı” mahnısı üçün kamera qarşısına keçib. Sözügedən layihənin rejissorluğunu Xəyal Hüseyn öz üzərinə götürüb. Çəkilişlər meşədə aparılıb.

Sözü və musiqisi Ülvu Qurbanova aid mahnı üçün sənətçi müxtəlif obrazlarda kamera qarşısına keçib. Damla klipdə bir neçə nağıl qəhrəmanını canlandırıb.

Yeni klip artıq Damlanın rəsmi yutub kanalında yayımlanıb.