Həyat yoldaşını və qayınanasını öldürdü, qayınata və qaynını isə yaraladı
    • 3-05-2023, 08:45
    • 287

Həyat yoldaşını və qayınanasını öldürdü, qayınata və qaynını isə yaraladı

Türkiyədə dəhşətli qətl hadisəsi yaşanıb.

News24.az xəbər verir ki, Adanada kişi qayınanasını və həyat yoldaşını öldürüb, qayınata və qaynını isə yaralayıb.
 
Məlumata görə, həmin şəxs həyat yoldaşı, qayınanası və qayınatası ilə naməlum bir səbəbdən mübahisə edib. 

O, mübahisə zamanı həyat yoldaşını, qayınanasını, qayınatasını və əlil olduğu bildirilən qaynının boğazına bıçaqla xəsarət yetirib.

Hadisəni törətdikdən sonra qaçan şəxs daha sonra saxlanılıb. /Haber Global/