Dağlıq rayonlara qar yağıb - FAKTİKİ HAVA
    • 3-05-2023, 10:02
    • 421

Dağlıq rayonlara qar yağıb - FAKTİKİ HAVA

Faktiki hava açıqlanıb.

Bu barədə News24.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib mayın 3-ü saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış, dağlıq rayonlarda qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 8, Xınalıqda 6, Qrızda 3 sm olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti mayın 4-ü axşamadək davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.