Astara sakininin qətlə yetirilməsi ilə bağlı cinayət işi BAŞLANDI
    • 3-05-2023, 16:01
    • 385

Astara sakininin qətlə yetirilməsi ilə bağlı cinayət işi BAŞLANDI

Astarada meşəlik ərazidə kişi meyitinin aşkar olunması faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə News24.az-a Baş Prokurorluqdan bildirilib.

Məlumata görə, mayın 3-ü Astarada meşəlik ərazidə 1969-cu il təvəllüdlü Astara rayon sakini Eynəli Əzizlinin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı meyitin üzərində kəsici-deşici alətlə qətlə yetirilməyə xarakterik xəsarət izləri müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.