-
- 14-02-2019, 16:59
- 676
Oksana Puşkina: Heç bir ölkədə Azərbaycandakı kimi füsunkar, güclü və müstəqil qadınlar görməmişəm
"Mən həmişə Rusiya və Azərbaycan arasında münasibətlərin inkişafı prosesində böyük həvəslə iştirak etmişəm. Sizin ölkəni həm ağır, həm də xoşbəxt günlərində daim dəstəkləmişəm və bu gün də dəstəkləməkdə davam edirəm".
Bu sözləri müsahibəsində Rusiya Federasiyası Dövlət Dumasının ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri Oksana Puşkina söyləyib.
O.Puşkina xatırladıb ki, ilk dəfə Azərbaycana ümummilli lider Heydər Əliyevdən “Jenski vzqlyad” proqramı üçün müsahibə götürmək məqsədilə səfər edib: “Bəlkə də Heydər Əliyevin ölkəsi ilə tanış olmağa başlayandan sonra mənim qəlbimdə bir çox məqamlara dair tamamilə səmimi münasibət yarandı. Sənə inanırlarsa, öz həyat yolundan, əlbəttə, həm Sovet İttifaqı, həm də Azərbaycanın tarixi ilə bağlı şəxsi keçmişindən bəhs edirlərsə, bütün bunlar çox dəyərlidir. Lakin evə daxil olduqdan sonra artıq sənin üzərinə müəyyən öhdəliklər də düşür”.
Rusiya və Azərbaycanın qadın icmalarının sıx əməkdaşlıq etdiklərini qeyd edən O.Puşkina deyib: “Heç bir ölkədə Azərbaycandakı kimi füsunkar, güclü və müstəqil qadınlar görməmişəm. Biz mədəni və təhsil əlaqələrini inkişaf etdiririk. Lakin bütün qadınları öz uşaqlarının gələcəyi maraqlandırır və mənə elə gəlir ki, bu gün qadınların mövqeyi hər zaman olduğundan daha aktualdır”.
Deputat Azərbaycanla həyata keçirilən birgə layihələrdən də bəhs edib: “Mən məhdud imkanları olan uşaqlarla məşğul oluram. Bizim fərqli inkişaf xüsusiyyətləri olan uşaqların reabilitasiyası, habelə palliativ yardım üzrə maraqlı proqramlarımız var. Onları Azərbaycanla bölüşmək istəyirik”.
//AZƏRTAC