Türkiyədə ard-arda zəlzələlər oldu
    • 4-05-2023, 10:47
    • 295

Türkiyədə ard-arda zəlzələlər oldu

Çanaqqalada 4,2 bal gücündə zəlzələ baş verib.

News24.az xəbər verir ki, zəlzələ yerin 18 kilometr dərinliyində yerli vaxtla 04.50-də baş verib.

Çanaqqala Valiliyi zəlzələdən sonra açıqlama verib:

“Bu gün saat 04.50-də Eceabat mərkəzi Saros körfəzində 4,2 bal gücündə zəlzələ baş verib və alınan ilk məlumatlara görə, şəhərimizdə heç bir neqativ hal qeydə alınmayıb".

Qeyd edək ki, bu gün Kahramanmaraşın Göksun bölgəsində də saat 08:27-də 3,2 bal gücündə zəlzələ baş verib.

Qumral Əliyeva