ABŞ-dan Rusiyanın ittihamlarına CAVAB
    • 4-05-2023, 16:39
    • 328

ABŞ-dan Rusiyanın ittihamlarına CAVAB

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Rusiyanın iddialarını “gülünc” adlandırıb. 

News24.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Kirbi vurğulayıb ki, ABŞ Ukraynanın öz sərhədlərindən kənarda zərbə endirməsinə icazə vermir.

Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Ukrayna ABŞ-ın iştirakı olmadan Kremlə hücumla bağlı qərar qəbul edə bilməz. 

O, Kiyev və Vaşinqtonun “hücumu inkar etmək” cəhdlərini gülünc adlandırıb.

Turan