-
- 18-11-2022, 22:59
- 323
Ağ Ev: "ABŞ Şimali Koreya ilə dialoqun tərəfdarıdır"
ABŞ administrasiyası Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə dialoqa can atır, lakin eyni zamanda Pxenyan tərəfindən həyata keçirilən raket buraxılışları fonunda regionda kifayət qədər hərbi potensialın təmin edilməsində qərarlıdır.
News24.az xəbər verir ki, bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi onlayn brifinqdə bildirib.
O, gərginliyin azaldılması üçün tərəflər arasında mümkün məsləhətləşmələrə toxunaraq, bununla bağlı Şimali Koreya ilə birbaşa təmaslar olmadığını bildirib: “Biz açıq şəkildə bildirdik ki, Koreya yarımadasının nüvəsizləşdirilməsi istiqamətində mütləq işləmək üçün ilkin şərt olmadan Şimali Koreya ilə dialoqa hələ də can atırıq. Onlar cavab vermədi və bu təklifdən yararlanmadılar. Lakin təklif qüvvədə qalır”.
C.Kirbi KXDR ilə nüvəsizləşdirmə üzrə razılaşmalara nail olmağın “yekun məqsəd” adlandırıb.
“Biz ilkin şərt olmadan dialoq təklif etsək və təklif etməyə davam etsək də, biz nəinki birtərəfli qaydada, həm də Yaponiya və Cənubi Koreya ilə ikitərəfli əsasda adekvat müdafiə potensialına malik olmağımızı təmin etmək üçün bütün səylərimizi göstəririk. Bu raket buraxılışı narahatlıq doğursa da, biz bunun ABŞ üçün təhlükə yaratmadığını hesab etdik”, - deyə o, Pxenyanın cümə günü Yaponiyanın qitələrarası kimi təsnif etdiyi raketi buraxmasına işarə edərək əlavə edib.