Aİ baş katibinin müavini Hikmət Hacıyevlə görüşüb
    • 4-05-2023, 22:56
    • 426

Aİ baş katibinin müavini Hikmət Hacıyevlə görüşüb

Avropa İttifaqı (Aİ) Brüssel prosesi çərçivəsində də olmaqla Azərbaycan-Ermənistan normallaşma prosesini dəstəkləməyə davam edir.

News24.az xəbər verir ki, bunu Avropa İttifaqı baş katibinin müavini Enriki Mora Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşündən sonra Tvitter paylaşımında bildirib.

"Hikmət Hacıyevə substantiv Aİ-Azərbaycan təhlükəsizlik dialoquna görə təşəkkür edirəm. İkitərəfli əlaqələrin gücləndirilməsi, Aİ-nin regionda mövcudluğu istiqamətində işləyirik. Aİ Brüssel prosesi çərçivəsində də olmaqla Azərbaycan-Ermənistan normallaşma prosesini dəstəkləməyə davam edir",- Mora qeyd edib.