Alen Simonyan: Azərbaycanla sülh sazişi əldə etməyə hazırıq
    • 4-05-2023, 22:53
    • 561

Alen Simonyan: Azərbaycanla sülh sazişi əldə etməyə hazırıq

"Ermənistan Respublikasının Azərbaycana qarşı ərazi iddiası yoxdur. Biz sülh razılaşması əldə etməkdə qərarlıyıq və buna hazırıq. Türkiyəsiz bu bölgədə sülhün bərqərar olması mümkün deyil".

News24.az-ın xəbərinə görə, Ermənistan Parlamentinin sədri Alen Simonyan Anakarada Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla baş tutan görüşdən sonra jurnaliatlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Ermənistan münasibətlərin normallaşması üçün addımlar atmağa hazırdır və bu məsələdə tam səmimidir: "Ermənistan Respublikasının Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur. Biz qətiyyətliyik və sülh sazişi əldə etməyə hazırıq. Regionun ticarətə açılmasında heç bir problem görmürük”.