Rusiya Kremlə hücuma necə cavab verəcək? – Lavrov AÇIQLADI
    • 5-05-2023, 12:44
    • 196

Rusiya Kremlə hücuma necə cavab verəcək? – Lavrov AÇIQLADI

Rusiya Kremlə pilotsuz təyyarə ilə hücum cəhdinə sözlə deyil, konkret hərəkətlə cavab verəcək. 

News24.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov əmin olduğunu bildirib ki, Vaşinqtonun göstərişi olmadan hücum Kiyev tərəfindən həyata keçirilə bilməzdi. 

Rusiya XİN rəhbəri dronla Kremlə hücum cəhdini düşmənçilik hərəkəti adlandırıb.

Turan