-
- 4-05-2023, 11:42
- 225
Zelenskiyə sui-qəsd hücumu ediləcək, Moskvanın planı... - Markov
“Kremlə hücumun əsas səbəbi Zelenskinin, Vaşinqtonun və NATO-nun cəzasız qalacağına, Rusiyanın heç bir sərt cavabının olmayacağına inamıdır”.
News24.az xəbər verir ki, bunu rusiyalı polotoloq Sergey Markov qeyd edib.
O bildirib ki, Rusiya Qərbə onsuz da onlarla qırmızı xətti keçməyə icazə verib və Qərbdə Rusiyanın sərt cavab verməkdən qorxduğuna dair güclü bir inam var: “Yaxud Rusiya sərt cavab vermək istəyir, amma bacarmır, çünki onun hərbi resursları güclü cavab üçün zəifdir. Putin xüsusi əməliyyatın ilk günlərində İsrailin keçmiş baş naziri Bennet vasitəsilə Zelenskiyə şəxsi təhlükəsizlik zəmanəti vermişdi. Bundan sonra Zelenski sakit şəkildə Kiyevə qayıtdı və bütün il Qərb liderləri şəxsi təhlükəsizliklərinə əmin olaraq Zelenskini görmək üçün Kiyevə səfər etdilər. İndi Zelenskinin Putinə sui-qəsd cəhdindən sonra onun şəxsi təhlükəsizliyinin təminatları sona çatır. Və Qərb liderlərinin Kiyevə bütün siyasi səyahəti dayandırılacaq”.
Markovun sözlərinə görə, Kremldəki terror aktı məhz Ukraynanın hərbi kəşfiyyatı tərəfindən həyata keçirilib: “Rusiya Dövlət dumasının sabiq deputatı İlya Ponomaryov deyib ki, Kremlə PUA ilə hücumu Putinə qarşı silahlı müxalifət həyata keçirib və o, bu insanları şəxsən tanıyır. Bunların hamısı yalandır. Rusiyada silahlı müxalifət yoxdur. Bu saxtakarlıqdan isə Ukraynanın hərbi kəşfiyyatı fəal şəkildə istifadə edir. Onun özü də Ukraynanın dəqiq hərbi kəşfiyyatının nəzarəti altında olan şəxs kimi tanınır. Ponomaryovun sözləri açıq şəkildə göstərir ki, Kremldəki terror aktını Ukraynanın hərbi kəşfiyyatı həyata keçirib. Və bu kəşfiyyat ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinə tabedir. Əslində, Kremlə hücum Pentaqon tərəfindən həyata keçirilib və bu, acı reallıqdır. Cavab olmadığı üçün belə hücumlar artacaq”.
Turan