Putinə sui-qəsd cəhdi: Kremlə hücumdan sonra Moskvadan ŞOK QƏRAR
    • 3-05-2023, 16:36
    • 254

Putinə sui-qəsd cəhdi: Kremlə hücumdan sonra Moskvadan ŞOK QƏRAR

Moskva meri Sergey Sobyanin Rusiyanın paytaxtında pilotsuz təyyarələrin buraxılmasını qadağan edib. 

News24.az xəbər verir ki, o, buna yalnız məmurların və təhlükəsizlik qüvvələrinin hüququnun olduğunu vurğulayıb.

Eyni zamanda, Sobyanin Teleqram kanalındakı yazısında nə müharibə, nə də həmin gecə Kremlə iddia edilən pilotsuz təyyarə hücumundan bəhs etməyib:“Biz dövlət orqanlarının qərarları ilə istifadə edilən PUA-lar istisna olmaqla, bu gündən Moskva şəhərində pilotsuz uçuş aparatlarının buraxılmasına qadağa tətbiq etmək qərarına gəldik”.

Onun sözlərinə görə, bu addım pilotsuz təyyarələrdən icazəsiz istifadənin qarşısını almaq üçün atılıb ki, bu da “hüquq-mühafizə orqanlarının işini çətinləşdirə bilər”.

Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Ukrayna gecə saatlarında dronların köməyi ilə Kremlə zərbə endirməyə cəhd edib. Bildirilib ki, Rusiya hərbçiləri və xüsusi xidmət orqanları iki PUA-nı sıradan çıxarıb, itki yoxdur.

Turan