Kremldən Putin-Paşinyan görüşü ilə bağlı AÇIQLAMA
    • 5-05-2023, 13:19
    • 180

Kremldən Putin-Paşinyan görüşü ilə bağlı AÇIQLAMA

Kreml Putin-Paşinyan görüşü haqqında məlumat yayıb.

News24.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında mümkün görüşü açıqlamasa da, “müəyyən planların olduğunu” qeyd edib.

“Hələ bu mövzuda irəli getməyək, müəyyən proqramlar müzakirə olunur. Müzakirələr bitdikdən sonra müvafiq açıqlama verəcəyik. Hələlik biz bu barədə danışmağı tez hesab edirik”, - Kremlin sözçüsü jurnalistlərə Putin və Paşinyan arasında gələn həftə Moskvada danışıqların mümkünlüyü barədə sualı cavablandırarkən deyib.

Daha əvvəl Praqada Transatlantik Əlaqələr Mərkəzində çıxış edən Paşinyan yaxın vaxtlarda Rusiyaya səfər edəcəyini bildirmişdi: “Gələn həftə Moskvaya gedəcəm”.

Turan