APA ONA kimi qayıdır - VİDEO
    • 15-02-2019, 09:00
    • 1 826

APA ONA kimi qayıdır - VİDEO

Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır

Azərbaycanda yeni xəbər agentliyi yaradılır. Online News Agency (ONA) adlandırılacaq yeni agentliyin təsisçisi əməkdar jurnalist Vüsalə Mahirqızı, baş direktoru Nurşən Quliyevdir.  

News24.az Real-a istinadən xəbər verir ki, agentlik artıq dövlət qeydiyyatından keçib.

Agentlik – azərbaycan, rus, ingilis, fransız, ərəb və erməni dillərində fəaliyyət göstərəcək. Yaxın günlərdə fəaliyyətə başlayacaq agentliyin video xidməti də olacaq.

Vüsalə Mahirqızı deyib ki, bu dəfə agentliyin daha çox sosial mediaya yönəlik fəaliyyəti nəzərdə tutulur: “Agentliyi yeniləmək və modernləşdirmək istəyirik. Agentlikdə tamamilə yeni redaksiyalar fəaliyyət göstərəcək. Eyni zamanda Lent.az və kulis.az portalları da fəaliyyətini bərpa edəcək”.  

Agentlik əsasən ötən il fəaliyyətini dayandırmış APA-nın kollektivi əsasında formalaşdırılır.