APA fəaliyyətini DAVAM ETDİRİR
    • 4-06-2019, 11:54
    • 888

APA fəaliyyətini DAVAM ETDİRİR

"Azəri-Press" Agentliyinin (APA) fəaliyyəti bərpa edilib. 

Agentlik artıq Azərbaycan, rus və ingilis dillərində xəbər xidməti göstərir. 

APA-nın Azərbaycanın bütün bölgələrində, həmçinin, Türkiyə, Rusiya, İran, Gürcüstan və Böyük Britaniyada ofisləri fəaliyyətə başlayıb.

“APA-Economics” iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən operativ məlumatlar, obyektiv analitik məqalələr, müxtəlif icmallar təqdim edir.

Agentliyin internet ünvanı belədir: www.apa.az 

Yaxın vaxtlarda APA.TV-nin də fəaliyyətinin bərpası nəzərdə tutulur.


APA ailəsini təbrik edirik!