"Əsrin azərbaycanlısı" - 143 saylı məktəbdə  Ulu Öndərin 100 illiyi qeyd olundu
    • 5-05-2023, 19:14
    • 1 292

"Əsrin azərbaycanlısı" - 143 saylı məktəbdə Ulu Öndərin 100 illiyi qeyd olundu

143 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan "Əsrin azərbaycanlısı" adlı tədbir keçirilib.

News24.az xəbər verir ki, tədbirdə Binəqədi rayon YAP təşkilatının nümayəndələri, Binəqədi gənclər evinin rəhbəri, müəllim və şagird kollektivi iştirak edib.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıblar.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndər Heydər Əliyev haqqında video-çarx nümayiş olunub. Sonra məktəblilər Ulu Öndərə həsr olunan şeir söyləyib, mahnı ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Qumral Əliyeva
Nicat Niftəliyev