Humanitar Kollecdə ümummili lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edildi - Fotolar

Humanitar Kollecdə ümummili lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edildi - Fotolar
SOSİAL / MƏDƏNİYYƏT / Foto

10-05-2022, 19:32

Mətn ölçüsü

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar kollecdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümümə həsr olunmuş konsert keçirilib.

News24.az-ın məlumatına görə, tədbirdə Binəqədi İcra başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi rayon təşkilatının sədr müavini Abdullayeva Sevinc, xalq artisti tarzən Zamiq Əliyev, xalq artisti xanəndə Simarə İmanova, Əməkdar artisti bədii qiraətçi Azad Şükürov iştirak ediblər.

Sənətkarlarımız ümummilli lider Heydər Əliyev haqqında danışıb və onunla bağlı xatirələrini bölüşüblər.

Konsertdə Ulu Öndərin sevdiyi musiqi nümunələri kollecin orkestrı, xoru, müəllim və tələbə heyəti tərəfindən səsləndirilib.Eləcə də tədbirdə tələbələrimizin hazırladığı Azərbaycana və Ulu Öndərə həsr olunmuş rəsm əsərləri də nümayiş olunub.