-
- 5-05-2023, 20:36
- 247
Paşinyan: İstəyirsinizsə, məni güllələyin!
Ermənistanda hərbi tribunalın yaradılması məsələsinə baxılır.
Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Çexiyada erməni icması ilə görüşündə deyib.
“Ermənistanda ixtisaslaşmış məhkəmələr var. Gündəliyə hərbi tribunalın yaradılması məsələsi də daxildir”, - deyə Paşinyan bildirib.
Erməni baş nazir özünün mühakimə olunması məsələsini də şərh edib: “Siz demək istəyirsiniz ki, mən mühakimə olunmağıma və güllələnməyimə razı olmalıyam? 2020-ci il müharibəsində xalq qarşısına çıxdım və dedim: Əgər hesab edirsinizsə ki, məni güllələmək lazımdır, o zaman mən divara söykənərəm. Əgər hansısa zamanda xalq buna qərar versə, hazıram. İstəyirsinizsə, güllələyin”. /Axar.az/