Malidə partlayış nəticəsində 7 sülhməramlı yaralanıb
    • 6-05-2023, 20:20
    • 206

Malidə partlayış nəticəsində 7 sülhməramlı yaralanıb

Birləşmiş Millətlər Təşkilatının Malidəki missiyasının (MINUSMA) yeddi sülhməramlısı yola qoyulmuş əldəqayırma partlayıcının işə düşməsi nəticəsində yaralanıb.

News24.az-ın xəbərinə görə, bu barədə missiyanın “Twitter“ səhifəsində məlumat verilib.

"Xəsarət alanlara lazımi tibbi yardım göstərilir", - missiyanın kommünikesində deyilir.

Hadisə Duenza şəhərindən 34 km şimalda baş verib. Yaralı sülhməramlıların şəxsiyyəti və vətəndaşlığı barədə məlumat verilmir.