Reyhan Camalovadan daha bir qələbə: ölkəmizi ABŞ-da təmsil edəcək
    • 15-02-2019, 14:11
    • 688

Reyhan Camalovadan daha bir qələbə: ölkəmizi ABŞ-da təmsil edəcək

Bakı şəhəri 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Reyhan Camalova “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibi olub.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

R.Camalova müsabiqədə “Mühəndislik” nominasiyası üzrə I yeri tutaraq qızıl medalla təltif edilib.

Bu uğuruna görə R.Camalova 12-17 may 2019-cu il tarixində ABŞ-ın Finiks şəhərində keçiriləcək İntel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində “Rainergy” layihəsi ilə Azərbaycanı təmsil etmək imkanı qazanıb.

Müsabiqədə ümumilikdə 54 layihə qalib seçilib. Qaliblərə pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunub.

R.Camalova yağış suyundan enerji istehsal edən “Rainergy” qurğusunun gənc ixtiraçısı, “ASAN xidmət”in ideya müvəkkili və dünya üzrə 100 nüfuzlu qadından biri seçilib.