İranda dini dəyərləri təhqir edən iki nəfər edam edildi
    • 8-05-2023, 13:32
    • 183

İranda dini dəyərləri təhqir edən iki nəfər edam edildi

İranda dini dəyərləri təhqir edən iki nəfər edam edilib.

News24.az xəbər verir ki, bu barədə İran Tələbələr Xəbər Agentliyi məlumat verib.

Məlumata görə, Zari və Mihrdad adlı şəxslərin Məhəmməd peyğəmbəri və müqəddəs dəyərləri təhqir etdikləri, sosial media vasitəsilə bu mövzuda təbliğat apardıqları bildirilib.

Zarinin Quranı yandırarkən görüntülərini sosial şəbəkədə paylaşıb.

Sözügedən iki nəfərə verilən edam hökmlərinin bu səhər icra olunduğu bildirilir.

Qumral Əliyeva