"Hörümçək adam" SAXLANILDI - VİDEO
    • 8-05-2023, 14:56
    • 671

"Hörümçək adam" SAXLANILDI - VİDEO

Yol hərəkəti qaydalarını pozub öz videosunu sosial şəbəkədə paylaşan “hörümçək adam” ləqəbli sürücü saxlanılıb.

News24.az xəbər verir ki, sükan arxasında təhlükəli hərəkətlər edən sürücü Baş Dövlət Yol Polisi İdarəsinə çağırılıb.

İdarədən Avtosfer.az-a verilən məlumata görə, sürücü barəsində maarifləndirici söhbətlər aparılıb və barəsində qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyət tədbiri həyata keçirilib.

Sürücü özü də yenidən video çəkərək səhv etdiyini anlayıb və sürücülərə belə hərəkətlərə yol verməməyi tövsiyə edib.