Təhsil naziri: Dövlət sifarişli yerlərin sayı artırılacaq
    • 15-02-2019, 15:23
    • 762

Təhsil naziri: Dövlət sifarişli yerlərin sayı artırılacaq

2019-2020-ci təhsil ili üçün dövlət sifarişli yerlərlə bağlı sənəd Nazirlər Kabinetində təsdiq olunma mərhələsindədir.

News24.az  xəbər verir ki, bu barədə təhsil naziri Ceyhun Bayramov “Günün nəbzi” verilişində deyib.

Onun sözlərinə görə, ötən illə müqayisədə, dövlət sifarişli yerlər ötən il 12324 yerdən 20 500 yerə kimi artırılıb:
“Bir il ərzində dövlət sifarişli yerlərdə 65 faizdən artıq artım görürük. Düşünürük ki, növbəti illərdə də müsbət tendensiya davam edəcək və növbəti ildə dövlət sifarişli yerlərin sayı 42% müəyyən edilib.

2018-2019-cu təqvim ili üçün bu rəqəm 30%-in altında olub. Bu, bir il ərzində əlavə dövlət sifarişli yerləri deməkdir. Əlavə dövlət vəsaiti hesabına təhsilin müxtəlif istiqamətlərində gənclərə ali təhsil imkanlarının verilməsi və genişlənməsidir”.

“Eyni zamanda, bu yerlərin müəyyən edilməsi, istiqamətlər və prioritet ixtisaslar üzrə müəyyən edilməsi üçün aiddiyyəti qurumlarla birlikdə iş aparılır.
Azərbaycanın sosial iqtisadi inkişaf istiqamətlərini nəzərə alaraq, daha çox kadr ehtiyac olan istiqamətlərə yerlər ayrılır”, - deyə nazir qeyd edib.