Vilayət Eyvazov tanınmış idmançıya vəzifə verdi
    • 8-05-2023, 16:39
    • 314

Vilayət Eyvazov tanınmış idmançıya vəzifə verdi

Daxili işlər orqanlarında yeni təyinat olub.

News24.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, MMA üzrə iki dəfə ölkə çempionu olmuş, dünya kubobunun qalibi və Avropa çempionu Hüseyn Bastanov polis sıralarına qəbul edilib.

O, Suraxanı rayon polis idarəsinin kadrlar qrupunun fiziki və döyüş hazırlığı üzrə inspektoru təyin edilib.