Vilayət Eyvazov Mingəçevirə yeni polis rəisi TƏYİN ETDİ
    • 25-10-2019, 17:23
    • 2 432

Vilayət Eyvazov Mingəçevirə yeni polis rəisi TƏYİN ETDİ

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

News24.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Sumqayıt Şəhər Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Hikmət Qasımov Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi təyin olunub.