Salyan sakini bıçaqlandı
    • 8-05-2023, 16:48
    • 225

Salyan sakini bıçaqlandı

Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindən News24.az-a bürosuna verilən məlumata görə, Salyan rayon sakini Ə.Cəfərov aralarında yaranmış mübahisə zəminində K.Quliyevə bıçaqla xəsarət yetirib.

Ə.Cəfərov hadisədən sonra polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Salyan RPŞ-də araşdırmalar aparılır.