Yasa gedən COVID xəstəsi saxlanıldı - Foto
    • 22-10-2021, 14:04
    • 275

Yasa gedən COVID xəstəsi saxlanıldı - Foto

Salyan rayonunda evdən çıxan koronavirus xəstəsi saxlanılıb.

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Salyan rayon sakini İ.Məmmədovun COVID-19 infeksiyası testinin nəticəsi pozitiv çıxıb və ev şəraitində müalicə təyin edilib.

Lakin adı çəkilən şəxs yaşayış yerini tərk edərək rayon ərazisində keçirilən yas mərasimlərinin birində iştirak edib. İ.Məmmədov tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Faktla əlaqədar Salyan RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.