Prokurorluq Salyandakı qətllə bağlı MƏLUMAT YAYDI
    • 26-04-2022, 10:04
    • 351

Prokurorluq Salyandakı qətllə bağlı MƏLUMAT YAYDI

Aprelin 25-i saat 23 radələrində Salyan rayonu, Təzəkən kəndi ərazisində 1985-ci il təvəllüdlü Faiq Məlikovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Salyan rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd edilən kənd sakini Məlikağa Əliyevin  şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı keçmiş kürəkəni Faiq Məlikova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə  əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Məlikağa Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.