Şakira Tom Kruzla sevgilidir?
    • 9-05-2023, 11:37
    • 243

Şakira Tom Kruzla sevgilidir?

Uzun illərdir birlikdə olduğu futbolçu Jerar Pike ilə yollarını ayıran kolumbiyalı müğənni Şakira dünya şöhrətli aktyor Tom Kruzla görüntülənib.

News24.az xəbər verir ki, xarici KİV-lər tərəflərin sevgili olduğunu yazır. Məlumata görə, Şakira Mayamidə keçirilən Formula 1 yarışında görünüb.Şakiranın məşhur aktyor Tom Kruzla yan-yana olması və ikilinin birlikdə görünməsi onların sevgili olması barədə xəbərlərin dərc edilməsinə səbəb olub.

KİV-lər 60 yaşlı Kruzun Şakira ilə çox səmimi olduğunu yazıb. Qeyd edək ki, İspaniyanı tərk etmək qərarına gələn Şakira ABŞ-ın Mayami şəhərində məskunlaşıb. Bundan əvvəl Şakiranın ABŞ-da "sirli sevgilisi" olduğu iddia edilirdi.