Kılıçdaroğlu seçkidə qalib gəlsə... - ƏN PİS SSENARİ
    • 9-05-2023, 16:52
    • 557

Kılıçdaroğlu seçkidə qalib gəlsə... - ƏN PİS SSENARİ

Türkiyədə seçki sonrası hökumət dəyişməsə, bazarlara ciddi təsir etməyəcək.

News24.az xəbər verir ki, bu barədə Danimarkanın ən böyük bankı olan “Danske Bank”-ın məlumatında qeyd olunub.

Bank seçkilərdən sonra Türkiyə Mərkəzi Bankının həyata keçirəcəyi pul siyasəti və bazarların reaksiyası ilə bağlı dəyərləndirmələr edib.

Bankın baş analitiki Minna Kuusiston bildirib ki, müxalifət seçkidə qalib gələcəyi təqdirdə pul siyasətində sürətli normallaşma gözləyir. 

“14 maydakı ümumi seçkilədən sonra hakimiyyətin davam etdirilməsi bazara məhdud təsir göstərəcək. Hesab edirik ki, bu dəyişikliklər nəticəsində uçot dərəcəsi 30 faizdən yuxarı qaldırılacaq. Faiz artımı güman ki, qısa müddətdə lirədə həddindən artıq volatillik gətirəcək. Lakin hesab edirım ki, orta müddətli dövrdə lirə əhəmiyyətli dərəcədə bahalaşa bilər”. 

O da vurğulanıb ki, müxalifətin qələbəsi iqtisadi siyasətdə həlledici dönüş demək olsa da, iqtidarın dövlət idarələrində geniş iştirakı bir çox cəhətdən onun imkanlarını məhdudlaşdıra bilər.

Turan