"Türkiyədə yeni konstitusiya qəbul olunacaq" - Ərdoğan
    • 10-05-2023, 13:48
    • 296

"Türkiyədə yeni konstitusiya qəbul olunacaq" - Ərdoğan

“Türkiyəni milli iradə ilə hazırlamış yeni konstitusiya ilə qovuşdurmaq istəyirik”.

News24.az xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, seçkilərdən sonra bu məsələ Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirə olunacaq: “Türkiyənin yaradılmasının yüzüncü ildönümündə ən önəmli hədəflərindən biri bu olacaq”.

R.T.Ərdoğanın sözlərinə görə, yeni konstitusiya xüsusilə məhkəmə qurumlarının fəaliyyəti ilə bağlı müddəları ehtiva edəcək./report/