Hindistanın əfsanəvi aktrisası Şridevinin müəmmalı ölümü ətrafında şayiələr bitmədən, Bollivudda yeni qalmaqalın təməli qoyulub.

Səbəb "Sridevi Bungalow" (2019) filminin tizerinin yayımlanmasıdır. News24.Az xarici mətbuata istinədən xəbər verir ki, filmin video-çarxını izləyən mərhum aktrisanın həyat yoldaşı Bonni Kapur əsəblərini tarıma çəkə bilməyib və təhqiramiz çıxış edib. Hətta məsələ o həddə çatıb ki, Kapur filmin istehsalçılarını məhkəməyə verib.

Qeyd edək ki, sözügedən filmin rejissoru Prasant Mambullidir. Filmdə əfsanənin obrazını yenicə ulduzu parlamağa başlayan gənc aktrisa Priya Prakaş Varriyer canlandırıb.
Tizer çıxar-çıxmaz hind filmlərinin fanatlarının diqqətini cəlb edib. Bonni Kapuru bu qədər özündən çıxaran isə filmin süjetinin şübhəli şəkildə Şridevinin müəmmalı ölümünü xatırlatmasıdır. 

Xatırladaq ki, Şridevi ötən ilin fevral ayında Dubayda qohumunun toyu axşamı qəfil dünyasını dəyişib. Onun cəsədini həyat yoldaşı aşkarlamışdı. Aktrisanın qəfil ölümü hələ də hər kəs üçün müəmmalı qalıb.

News24.Az

Video