-
- 19-04-2023, 09:24
- 219
Vəhşilik! 7 yaşlı qızı zorlayıb öldürdü
Ötən gün İraqda qan donduran qətl hadisəsi törədilib.
News24.az xəbər verir ki, Bəsrə şəhərində 7 yaşlı qızı şirniyyat bəhanəsi ilə aldadan qatil uşağa təcavüz etdikdən sonra onu boğub.
Qətldən sonra bölgədəki təhlükəsizlik kamerası görüntülərindən təsbit edilən təcavüzkar polis tərəfindən yaxalanıb.
Törətdiyi cinayəti etiraf edən qatil polisin müşayiəti ilə hadisə yerinə aparılıb və qətli necə törətdiyini danışıb.
O, uşağın cəsədini zibil qutusuna atdığını açıqlayıb.
Məlum olub ki, təcavüzkar oğlunu öldürdüyü üçün həbsxanaya düşüb və amnistiyadan yararlanaraq 6 ildən sonra azadlığa çıxıb.
İraq prezidenti Əbdüllətif Rəşid qatilin ən ağır şəkildə cəzalandırılması vacib olduğunu vurğulayıb.
İraq Uşaq Təşkilatı qatilin edam edilməsini tələb edib. İraq Uşaq Təşkilatının üzvü Reca Ahmet qatilin asılaraq edam cəzasını tətbiq etməsini istəyib və bu cür qətllərin narkotiklə mübarizənin əhəmiyyətini ortaya qoyduğunu dilə gətirib.
İraq Daxili İşlər Nazirliyinin məlumatına görə, İraqda cinayətlərin 80 faizindən çoxu narkotik istifadəçiləri tərəfindən törədilib. /İHA/