Bakıda yol çökdü - FOTO
    • 11-05-2023, 12:16
    • 209

Bakıda yol çökdü - FOTO

Bakıda yol çöküb.

News24.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzindən Milli.Az-a verilən məlumata görə, hadisə paytaxtın 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsindən, üzü mərkəz istiqamətinə olan yolda baş verib.

Yolun bir hissəsində çökmə olub.

Hazırda təmir-bərpa işləri aparıldığından yolda sıxlıq müşahidə olunur.