Sərhəddəki döyüşlə bağlı yeni detallar: yaxın günlərdə... - Polkovnik AÇIQLADI
    • 11-05-2023, 13:12
    • 908

Sərhəddəki döyüşlə bağlı yeni detallar: yaxın günlərdə... - Polkovnik AÇIQLADI

“Sülh danışıqlarının getdiyi bir zamanda Ermənistan silahlı qüvvələri sərhəddə təxribat törətdi. İtkilər var. Hesab edirəm ki, Ermənistanın bu davranışı sülh danışıqlarına təsirsiz ötüşməyəcək. Bunu yəqin ki, yaxın günlərdə görəcəyik”.

Bu sözləri News24.az-a hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

O bildirib ki, Ermənistan rəhbərliyi bu cür təxribatlarla sülhlə bağlı səsləndirdikləri fikirlərin ciddi olmadığını bir daha göstərdi: “İrəvanın sülhlə bağlı bəyanatları yalnız beynəlxalq ictimaiyyəti aldatmaq cəhdidir. Əgər Ermənistanın həqiqətən də sülhlə bağlı ciddi fikirləri olsaydı, bu təxribatları törətməzdi. Amma biz görürük ki, bu, davamlı şəkildə mühüm görüşlər öncəsi baş verən təxribatlardan biridir. Təəssüf ki, İrəvan bu yolu tutub. Ancaq bu belə olmamalıdır”. 

Polkovnikin sözlərinə görə, erməni tərəfi kənar təsirlər sayəsində bu təxribatı törədib: “Burada rəsmi Moskvanın da müəyyən fəaliyyəti var. Nəzərə alsaq ki, mayın 14-də Brüsseldə keçiriləcək görüş öncəsi bu təxribat baş verdi. Onlar çalışırlar ki, bu görüş baş tutmasın, mayın 19-da iki ölkənin xarici işlər nazirləri Moskvada bir araya gəlsinlər, onlarla müəyyən müzakirələr aparsınlar. Ermənistan ağlını başına toplamalıdır. İrəvan bölgədə sülhün bərqərar olunmasında maraqlıdırsa, çalışmalıdır ki, bu proses dərinləşməsin, mənfiyə doğru getməsin. Onlar dəfələrlə bir söz deyib, başqa hərəkət ediblər. Buna görə də ermənilərin səmimi olacağına inanmıram”.

Turan