-
- 12-04-2023, 13:11
- 343
“Ermənistan müharibəyə hazırlaşır, Azərbaycan layiqli cavabını verəcək” – Şərh
“Azərbaycanın davamlı şəkildə sülh çağırışlarına baxmayaq, Ermənistan tərəfinin provokasiyaları bir an olsun belə dayanmayıb”.
Bunu News24.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.
O qeyd edib ki, bu günə qədər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü təhdid edir: “Son dövrlər Paşinyan tərəfindən Azərbaycan əleyhinə verilən açıqlamalar, müxtəlif provokativ bəyanatlar Ermənistanın yeni müharibəyə hazırlaşdığını söyləməyə əsas verirdi. Sonuncu olaraq Azərbaycan əsgərinə Laçında silah tuşlanması, şəhidlərimizin olması Ermənistana dəstək verən qüvvələrin Ermənistanla birlikdə növbəti təxribatlarından biridir. Bu hadisələrin baş vermə ardıcıllığı kifayət qədər maraqlıdır. Daha əvvəl Ermənistan sülhlə bağlı mesajlar verirdi. Lakin Ermənistan ərazisində Avropa İttifaqının müşahidə missiyası adı altında Fransanın casus şəbəkəsi fəaliyyətə başladıqdan sonra vəziyyət daha da gərginləşməyə, qızışmağa başladı. Məhz həmin missiyanın işə başlamasından sonra Ermənistan tərəfindən həm provokativ açıqlamalar verildi, həm şərti sərhəddə və digər bölgələrdə silah səsləri eşidildi”.
Şəhidlərimizin qanının yerdə qalmayacağını vurğulayan politoloq qeyd edib ki, tərəfimizdən dəfələrlə Ermənistanın yeni təxribatlara hazırlaşması ilə bağlı xəbərdarlıqlar edilirdi: “Azərbaycan şəhidlərinin qanı yerdə qalmayacaq. Ordumuz baş verən insidentlə bağlı Ermənistana layiq olduğu cavabı verəcək. Eyni zamanda, hesab edirəm ki, Xankəndidəki separatçıların ömrünün bitməyinə çox az qalıb. Çünki Azərbaycanın davamlı sülh çağırışlarına rəğmən biz görürük ki, Xankəndi və ətrafdakı tör-töküntülər təxribatlara davam edir, Xankəndidə Azərbaycan vətəndaşı olmalı olan erməni əsilli insanların Azərbaycan cəmiyyətinə reinteqrasiyası prosesinə mane olmağa çalışır. Bütün baş verən hadisələr anti-terror əməliyyatı tez bir zamanda həyata keçiriləcəyini deməyə əsas verir”.