Dünyada yeni ölümcül virus yayılır: Afrikada fövqəladə vəziyyət…
    • 3-02-2019, 12:05
    • 1 308

Dünyada yeni ölümcül virus yayılır: Afrikada fövqəladə vəziyyət…

Qərbi Afrika ölkəsi olan Nigeriyada heyvanlardan insanlara keçən və ölümcül olan “Lassa” adlı virus peyda olub.
Son günlər ortaya çıxan bu virusdan artıq 42 nəfərin öldüyü bildirilir.

Nigeriya Xəstəlik Yoxlama Mərkəzindən verilən açıqlamaya görə, virus ölkənin Bauchi, Benue, Ebonyi, Kaduna və Taraba başda olmaqlar, 16 əyalətinə yayılıb. Ölkə boyu 538 nəfərin virusa yoluxduğu, onlardan 42 nəfərinin həyatını itirdiyi bildirilir.

Nigeriya hökuməti virus səbəbilə ölkədə fövqəladə vəziyyət elan edib.

Yayılan virusla bağlı Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) hələlik heç bir açıqlama gəlməyib. Nigeriya Səhiyyə Nazirliyi isə virusa yoluxmuş insanların analizlərinin artıq bu təşkilata göndərildiyini açıqlayıb.

Qeyd edək ki, siçan nəcisi ilə yayılan xəstəlik, insandan insana sürətlə keçir və bədəndə qanamalara, yüksək hərarətə səbəb olur.

//Musavat.com