Tənha mühasibin cəsədi ölümündən 6 il sonra tapıldı
    • 12-05-2023, 10:52
    • 145

Tənha mühasibin cəsədi ölümündən 6 il sonra tapıldı

Böyük Britaniyanın Bolton şəhərində kommunal xidmətlərin əməkdaşları tənha yaşayan şəxsin cəsədini ölümündən 6 il sonra tapıblar.

News24.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları 70 yaşlı Robert Altonun 2017-ci ilin mayında dünyasını dəyişdiyini bildiriblər. 

Britaniyalının dostu və qohumu olmadığı üçün onun qəfil yoxa çıxması heç kimi narahat etməyib. 

70 yaşlı kişinin ölümünü yalnız qaz təchizatı sistemlərinin yoxlanılması qaydaları sərtləşdirildiyi üçün aşkar etmək mümkün olub. 

Robert Alton sonuncu dəfə 2014-cü ildə həkimlərə müraciət edib.

 O, 2017-ci ildən vergi ödəməyib. Lakin kirayə haqqı mənzil müavinətindən çıxıldığı üçün ev sahibinin hesabına daxil olmağa davam edib. /Daily Mail/