Azərbaycanda 12 gün İŞ OLMAYACAQ
    • 12-05-2023, 12:42
    • 281

Azərbaycanda 12 gün İŞ OLMAYACAQ

İyun ayında bayramlarla əlaqədər qeyri-iş günlərinin sayı açıqlanıb.

News24.az xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, ölkədə 15 iyun – Milli Qurtuluş günü kimi qeyd edilir. Buna görə də cümə axşamı günü iş olmayacaq.

26 İyun – Silahlı Qüvvələr Günüdür. İyunun 28,29-u Qurban bayramı günləri müəyyən edilib. Həmin günlər bayram olduğu üçün qeyri-iş günü hesab edilir.

Beləliklə, iyunda şənbə və bazar günləri də daxil olmaqla 12 gün qeyri-iş günü olacaq.