İyunda 3 gün qeyri-iş günü olacaq
    • 27-05-2021, 18:46
    • 430

İyunda 3 gün qeyri-iş günü olacaq

İyun ayında bayramlarla əlaqədar 3 qeyri-iş günü olacaq. 

News24.az xəbər verir ki,15 iyun - Milli Qurtuluş günü, 26 iyun isə Silahlı Qüvvələr Günüdür. 

Həmin günlər Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkədə qeyri-iş günlərihesab olunur. 

26 iyun şənbə gününə təsadüf etdiyindən həmin gün 28 iyunla əvəz ediləcək. Bununla da gələn ay ölkədə 3 (15, 26 və 28 iyun) qeyri-iş günü olacaq.