Qara Qarayev şagirdlərlə görüşdü - FOTOLAR
    • 12-05-2023, 17:34
    • 437

Qara Qarayev şagirdlərlə görüşdü - FOTOLAR

TEAS Press Nəşriyyat Evinin və Avropa Azərbayan Məktəbinin təşəbbüsü ilə “Qarabağ” futbol komandasının kapitanı Qara Qarayev ilə görüş keçirilib.

News24.az xəbər verir ki, görüşdə Avropa Azərbaycan məktəbinin direktoru cənab Françesko Bançini və müəllim-şagird heyəti iştirak edib.

Qara Qarayevi salamlayan cənab Francesco Banchini məktəbin şagirdlərinin bu görüşə çox maraq göstərdiyini və tanınımış futbolçu ilə görüşün onlara maraqlı və həyəcanverici olduğunu bildirib. Kapitan Qara Qarayev cənab Francesco Banchiniyə  imzalı formasını təqdim edib. 

Tanınmış futbolçu Qara Qarayev  görüş iştirakçılarına idman sahəsindəki inkişaf yolu, bu sahədə rastlaşdıqları çətinliklər, qazandıqları uğur və nailiyyətlər haqqında söhbət açıb.

Qara Qarayev görüş ərzində auditoriyanın diqqətinə sağlam həyat tərzinin vacibliyini  çatdırıb.

Daha sonra ona ünvanlanan sualları cavablandırıb. Tədbirin sonunda məşhur futbolçu ilə imza mərasimi keçirilib və xatirə şəkilləri çəkilib. 

FOTOLAR: Teymur MƏMMƏDOV